adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Avqust 2018 12:18
7079
MƏMLƏKƏT
A- A+

Bu yollarda təmir işləri aparılır

İki istiqamətdə təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-80 km-də və Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 06-16-cı kilometrliyində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.