adalet.az header logo
  • Bakı 20°C
24 Avqust 2018 12:09
10661
İDMAN
A- A+

Ronaldu ikinci sevimli idman növünü açıqladı

"Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ikinci sevimli idman növünü açıqlayıb.

Adalet.az xəbər verir ki, 33 yaşlı forvardın fikirlərini "O Bola” nəşri yayımlayıb.

"Qaydasız döyüş çempionatı (UFC) çox xoşuma gəlir, döyüşlərə baxmağı sevirəm. Həmçinin tennis və basketbola baxıram. Pinq-ponq ikinci sevdiyim idman növüdür. Onu yaxşı bacarıram”, - Ronaldu deyib.

Portuqaliyalı UFC döyüşçüləri olan irlandiyalı Konor Makqreqor və rusiyalı Habib Nurmaqomedovla dostluq əlaqələri saxlayır. Ronaldu fevralda rusiyalı döyüşçü ilə görüşüb.

Ronaldu beşdəfə "Qızıl top”un sahibi olub. Həmçinin forvard beşdəfə Çempionlar Liqasının finalının qalibi və Portuqaliya yığmasının tərkibində Avropa çempionu titulunun sahibi olub.