adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Avqust 2018 16:54
14290
KRİMİNAL
A- A+

Ticarət mərkəzi qarət edildi

Bakının Xəzər rayonunda yerləşən ticarət mərkəzlərinin biri qarət olunub.

Adalet.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Biləsuvar rayon sakini Tərlan Azadi, Bakı şəhər sakinləri Şakir Akçurin və Teymur Əliyev saxlanılıblar.

Araşdırmalarla T.Azadinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.