adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Avqust 2018 10:26
12236
İDMAN
A- A+

Sneyder vida oyununa çıxır

Milli karyerasını bitirdiyini açıqlayan Uesli Sneyder Hollandiya yığmasında son oyununa çıxacaq.

Qol.az-ın xəbərinə görə, 34 yaşlı yarımmüdafiəçi sentyabrın 6-da Peru ilə yoldaşlıq matçında yığmada vida oyununu keçirəcək.

Bu barədə Hollandiya mətbuatına açıqlama verən futbolçu vida matçını on doğma olan "Amsterdam Arena”da olacağını bildirib: "Görüş mənim evimdə - "Amsterdam Arena”da keçiriləcək. Meydana mənə əziz olan formada çıxacam” – deyə o bildirib.


Qeyd edək ki, hazırda Qətərin "Əl-Qarafa" klubunda çıxış edən Sneyder 2003-cü ildən Hollandiya millisində oynayır. O, yığmanın heyətində 133 oyuna 31 qol vurub.