adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Avqust 2018 14:32
11262
DÜNYA
A- A+

Tramp yeganə səhvindən söz açdı

ABŞ prezidenti Donald Tramp 2016-cı il seçkilərində gözlənilməz qələbəsini yeganə səhvi kimi dəyərləndirib.

Adalet.az xəbər verir ki, bu barədə dövlət başçısı "Twitter” səhifəsində yazıb.

"Yeganə səhvim seçkilərdə qalib gəlməyimdir, hərçənd, hamı Hillari Klintonun qələbəsini gözləyirdi. Problem onların bir çox ştatlarda seçki kampaniyası keçirməyi unutmalarında idi!”, - Amerika lideri qeyd edib.

Tramp bu üsulla "Twitter” vasitəsi ilə son zamanlar ona qarşı seçkiqabağı kampaniya zamanı çoxsaylı qanun pozuntuları ilə bağlı irəli sürülən ittihamlara cavab verib.

Avqustun 22-də Trampın sabiq vəkili Maykl Koen etiraf edib ki, müştərisinin göstərişi ilə iki qadına onunla intim əlaqələri barədə susmalarına görə pul verib. Vəsait isə seçkiqabağı kampaniyaya ayrılan pullardan mənimsənilib.