adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 Avqust 2018 14:26
7938
DÜNYA
A- A+

Bir illik fasilədən sonra İŞİD liderinin səsi gəldi

Bəzi islamçı KİV yaydığı səs yazısının İŞİD lideri Əbu-Bəkir əl-Bağdadiyə məxsus olduğunu iddia edib.

Adalet.az xəbər verir ki, çıxış 55 dəqiqə davam edir. İŞİD tərəfdarları ardıcıl məğlubiyyətlərə rəğmən mübarizəni davam etdirməyə və Avropada terror aktları törətməyə dəvət edilirlər.

Həmçinin səs yazısında müsəlmanlara Qurban bayramı münasibəti ilə təbrik ünvanlanıb.

Səsin həqiqətən də əl-Bağdadiyə məxsus olduğunu təsdiqləmək mümkün olmayıb. Sonuncu dəfə buna bənzər səs yazısı 2017-ci ilin sentyabrında yayılmışdı.

Daha öncə İraqın güc strukturlarının nümayəndəsi İŞİD liderinin kliniki ölüm keçirdiyini bildirmişdi.