adalet.az header logo
  • Bakı 21°C
22 Avqust 2018 16:00
11565
DÜNYA
A- A+

ABŞ-ın şimal-qərbində 6,3 bal zəlzələ baş verib

ABŞ-ın şimal-qərbindəki Oreqon ştatı sahillərində Rixter cədvəli ilə 6,3 bal gücündə zəlzələ baş verib.

Adalet.az-ın məlumatına görə, zəlzələnin episentri Bandon şəhərindən 294 kilometr qərbdə qeydə alınıb.

Yeraltı təkanlar 12 kilometr dərinlikdə baş verib.

Hadisə nəticəsində fəsadlar və ya itkilərin olub-olmaması barədə məlumat verilməyib.