adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Avqust 2018 11:29
9334
İDMAN
A- A+

Şəhriyar Aronyanla heç-heçəyə razılaşdı

ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin IV turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb.

Qol.az-ın məlumatına görə, oyun 24-cü gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 2,5-ə çatdırıb.

Qeyd edək ki, 4 turdan sonra Şəhriyarla yanaşı, Qrişuk və Aronyanın da aktivində 2,5 xal var. 2 xalı olan dünya çempionu Maqnus Karlsen isə Vişvanatan Anandla üz-üzə gəlir.

Əlavə edək ki, 10 şahmatçının yarışdığı "Sinquefield Cup"ın qalibi 75 min dollar qazanacaq.