adalet.az header logo
  • Bakı 20°C
23 Avqust 2018 11:06
47235
AVTOMABİL
A- A+

"Ford" 4 minə yaxın avtomobili geri çağırıb

"Ford" Rusiyada 4 minə yaxın avtomobili geri çağırıb.

Adalet.az-ın məlumatına görə, geri çağırılma Rusiyada 2011-ci ildən 2016-cı ilədək satılmış "Focus", "C-Max", "Mondeo" və "Kuga" modellərinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar mufta diskində aşkar olunan qüsurlarla əlaqədardır.

Bu qüsurun avtomobilin hərəkət sürətinin azalmasına və bəzi xüsusiyyətlərinin zəifləməsinə səbəb ola biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.