Faiq QİSMƏTOĞLU:AĞSAQQAL…

FAİQ QİSMƏTOĞLU
45901 | 2018-08-21 16:12

... Saçın, saqqalın ağ olması hələ ağsaqqallıq demək deyil. Və hərsaçı ağ olan adama da ağsaqqal demirlər. Ağsaqqal o adama deyirlər ki, ağlı, zəkasıvə tutduğu yolla el-obanın hörmətini qazanır... Ağsaqqal o adama deyirlər ki, çətinvəziyyətdə olan insana düz yol göstərir... Ağsaqqal o adama deyirlər ki, heçvaxt haqqı nahaqqa vermir, gözünün işığı da olsa, haqsızlıq da eləsə ona sərtsözlər deyir...

Ağsaqqalın göstərdiyi yol həmişə işıqlı yol olur və bu işıqlı yollagedən insanlar axırda öz istəyinə çatır. Və istəyinə çatan o adam da görür ki,balam, o ağsaqqal ona vaxtında düz yol göstərib və düz yol da axırda aparıb onu çatdırıb istədiyi nöqtəyə...

Bizim eldə də, obada da sayılıb-seçilən dağdan ağır kişilər olub. Okişilər kimlər idi? O kişilər Bəhmənlinin ağır oturub batman gələn ağsaqqallarıidi. Onlar molla oğlu Əliş kişi idi, Əsəd kişi idi, Abbas kişi idi, Pənah kişi idi,Rzaxan kişi idi... Bu kişilər kəndin ortasına çıxanda böyükdən kiçiyə qədəronlara hörmətlə yanaşırdılar. Çünki bu ağsaqqallar həm çox zəhmli idi, həm dəçox tədbirli idilər. Çətinə düşən adamlar həmişə bu kişiləriarayıb-axtarırdılar. Və o kişilər də səbrlə onları dinləyər, hər şeyin mahiyyətinibiləndən sonra onlara öz məsləhətlərini verərdilər. Qan davası idisə,barışdırardılar. Qonşu davası idisə hər iki tərəfə sözlərini deyərdilər vəonlar da bundan nəticə çıxarıb yenidən mehriban dolanardılar...

Bəhmənlidə həmişə zamanından və məkanından asılı olmayaraq,sayılıb-seçilən ağsaqqallar olub. O kişilərdən, o dağdan ağır ağsaqqallardansonra gələn kişilər də onların yolunu kişi kimi davam etdiriblər: Yusif kişi, Əyyubkişi, Seyidəli kişi, Qismət kişi, Talıb kişi, Əvəz müəllim, Nəsib kişi...Onların sözü həmişə yek olub. Yəni bu kişilər söz verdilər, söz dedilər, tayonu çevirmək olmazdı. Və bu sözdən də hər kəs payını götürərdi.

Bəhmənlinin Kəbirli elində sayılıb-seçilən ağsaqqallar həmişə olub vəbu gün də var. Kəndin ağsaqqalı olmuş Pənah kişinin oğlu Zülfüqar həkim də beləsayılıb-seçilən, ağır oturub batman gələn ağsaqqallardan sayılır. Mən bunu tamməsuliyyətlə deyirəm və altdan da imzamıatıram. Ümumiyyətlə, bu ocağın kişiləri həmişə mərd və ədalətli olublar.Zülfüqar həkimin qardaşı rəhmətlik Əhliman həkim də ağsaqqal adam idi. Düzdüro, 50 il ömür yaşadı. Ancaq 50 ildə 100 ilin izini qoyub getdi. Və bu gün də Bəhmənlidəelə bir adam tapılmaz deməsin ki, Əhliman həkim elin kisəsindən gedib. O çoxböyük ziyalı idi, filosof idi və insan idi. Bu gün Əhliman həkimin 4 ağıllıoğlu, 2 qeyrətli qızı var. Hamısı da ali təhsil alıb və bir neçəsi də məsul vəzifədəçalışır.

Zülfüqar Pənah oğlu Əliyev düz 40 ildər çoxdur ki, Füzulidə Gigiyenavə Epidemiologiya Mərkəzinin baş həkimi işləyir. Ona dəfələrlə daha yüksək vəzifələrtəklif ediblər. Amma bu adam heç vaxt vəzifə üçün başqaları kimi dəridən-qabıqdançıxmayıb. Füzulinin sabiq baş həkimi olmuş Tapdıq Behbudov deyirdi ki, mənZülfüqar həkim kimi savadlı, təmiz, böyüyün, kiçiyin yolunu bilən, vətənini sevənikinci bir şəxs tanımıram. O, hər cür vəzifəyə və şöhrətə layiq ziyalıdır.

Ziyalı sözünü hər adama şamil etmək olmaz. Hər qalstuk taxan, hərdiplomu olan insan ziyalı deyil. Ziyalı odur ki, onun işığı, nuru elin-obanınüstünə düşür. Ziyalı odur ki, özündən çox xalqın və millətin marağını düşünür. Məhz Zülfüqar həkim də belədəyərlərə malik olan ziyalı ağsaqqallardan sayılır. Həmişə onunla görüşəndəözümü bir balaca yığışdırmışam. Çünki mənim qarşımdakı çox savadlı, mütaliəli,dünyagörüşlü bir insandır. O, nə qədərciddidirsə, nə qədər zəhmlidirsə, bir o qədər də yumşaq ürək sahibidir.Bir də yadımdan çıxmamış deyim ki, onun çox duzlu, şirin söhbətləri var. Bir dəfədanışır ki, Bəhmənlidən bir kişi ötən əsrin40-cı illərində Mərkəzi Komitəyə teleqram vurur ki, bəs kənddəki atlarınəlli faizi qırıldı. Teleqramı alan Mərkəzi Komitənin işçilərindən biri özünütez kəndə çatdırır. Gəlib görür ki, kənddə iki at varmış onun biri ölüb, birisağdır. Mərkəzi Komitədən gələn teleqramı vurana deyir ki, a kişi, bəs yazırsanki, atın əlli faizi qırılıb. Kişi də gülür və bildirir: Mən elə yazmasaydım sizkəndə gəlməzdiniz. Heç olmasa o bir atı xəstəlikdən xilas edin. Həkimlərtökülüşür və atı sağaldırlar.

Zülfüqar həkim Tibb institutunu bitirib. Özü də çox savadlı insandır.O təkcə həkimliyə dair ədəbiyyatı deyil, bədii ədəbiyyatı da kifayət qədər mütaliəedib. Maraqlıdır ki, mən hələ onun indiyə kimi əsəbləşdiyini, kiməsə hirsləndiyinigörməmişəm. Təbii ki, bu da onun mənəvi zənginliyindən, insanlara sevgisindənirəli gəlir. Hər adam kitab oxumur və bugün kitab oxuyan adam da çox azdır. Ancaq Zülfüqar həkim həm dövrü mətbuatı,həm də bədii ədəbiyyatı böyük həvəslə izləyir. İsveçdə maraqlı bir hadisəninşahidi oldum. Orda şəhərin mərkəzi küçəsində üç kilometr uzunluğunda iki cərgədəkitab satışı təşkil edilmişdi. İnsanlar kitaba elə bir sevgi ilə yanaşırdılarki, sanki bizimkilər ucuz qiymətə bazarlardan mer-meyvə, pomidor-xiyar alırlar.Özü də bir adam 5-6 kitab alırdı. Bax ona görə Avropalılar belə tərəqqi edib hərşeyi qazana bilib. Bizdə də kitab sərgisi olanda tək-tük adam gözə dəyər vəonların arasından bir iki insan kitab alar. Sözümün canı ondan ibarətdir ki,Zülfüqar həkimin həmişə kitaba, elmə və bədii ədəbiyyata çox böyük sevgisiolub. Və o sevgi bu gün də var.

Belə bir deyim var: "Göy üzündə Allahı, Yer üzündə prezidenti, evdəağsaqqalı uca tutun. Onları uca tutun ki, özünüz də ucalasınız”. Bəli, bu gün BəhmənlininKəbirli elində çoxları tərəfindən hörmətlə qarşılanan və onun özünə, əməlinəgörə böyük diqqət yetirilən bir ağsaqqal da var – Zülfüqar Pənah oğlu! Atası Pənahkişi kimi o da çox təmkinli, ağayana və səbrli insandır. Elə səbrinə,ağayanalığına və təmizliyinə görə də onu nəinki Bəhmənlidə, Füzulidə çoxları xətriniistəyir və hörmət bəsləyir.

Mən bu yazını qələmə alanda istədim Zülfüqar həkimə telefon açam və şəklinialam. Ancaq tez də fikrimdən daşındım. Bildim ki, Zülfüqar həkim nə yazınınyazılmasına, nə də şəklin qəzetdə verilməsinə razı olacaq. Çünki o, nə qədərsavadlıdırsa, nə qədər sadədirsə, nə qədər gözəl insandırsa, bir o qədər də təvazökardır.Özü haqqında heç vaxt danışmağı sevməz vəistəməz ki, kimsə də onun haqqında xoş sözlər, təriflər desin. Mən də bu səddikeçərək onun xəbəri olmadan ürəyimdən keçənləri qələmə aldım. İnsanlarasağlığında qiymət vermək lazımdır. Böyük şair Cabir Novruz da gözəl deyib:"Sağlığında qiymət verin insanlara”. Düşünürəm ki, bu yazını yazmaqla çiynimdənağır yük götürüldü. Həm rəhmətlik Pənah əmimin, həm də dostum rəhmətlik Əhlimanhəkimin ruhu qarşısında borcumdan çıxdım. Ən azından ona görə ki, bizim ocaqda əvvəlkiağsaqqalların yolunu davam etdirən, yaşadan çox dəyərli və ziyalı insan olanZülfüqar həkim kimi ağsaqqal var. Ağsaqqalı olan ocaqda həmişə ruzi-bərəkət,böyük kiçiyə hörmət olar...


TƏQVİM / ARXİV