adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Avqust 2018 14:42
6012
HADİSƏ
A- A+

Yeni Ramanada qətl törədilib

Avqustun 20-də Bakı şəhər sakini Əkrəm Tağızadənin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Sabunçu rayonunun Yeni Ramana qəsəbəsindəki evində tapılıb.

Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb.

Araşdırma aparılır.