adalet.az header logo
  • Bakı 18°C
21 Avqust 2018 14:35
6203
GÜNDƏM
A- A+

Metroda 50 yaşlı kişi özünü qatarın altına atıb

Bu gün saat 11:40-da metronun "Nizami” stansiyasında Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Yusifov Tərlan özünü platfiormaya daxil olan qatarın altına atıb.

Bu barədə Adalet.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, relslər yüksək gərginlikdən ayrılıb və sərnişin oradan çıxarılandan sonra qatarın hərəkətinə icazə verilib. Onun sözlərinə görə, sərnişin xəsarət almayıb:

"İki reys arasında uzandığı üçün xəsarət almayıb. Məlum olub ki, həmin şəxs içkili imiş".

Qeyd edilib ki, hazırda qatarların hərəkətində problem yoxdur.