adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Avqust 2018 14:29
8648
GÜNDƏM
A- A+

DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri işləyəcək

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri işləyəcək.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, Qurban bayramı ilə əlaqədar avqustun 22-dən 24-dək qeyri-iş günləri olmasına baxmayaraq, DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcək.