adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Avqust 2018 11:50
50826
AVTOMABİL
A- A+

Piyada səkiləri bir çox yerlərdə ticarət obyektləri tərəfindən zəbt olunub

Nəsimi, Səbail, Binəqədi və Nərimanov rayonlarında piyada səkilərinin yoxlanması prosesi başa çatıb.

Adalet.az-ın  məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müəyyən olunub ki, səkilər bir çox yerlərdə ticarət obyektləri tərəfindən zəbt olunub, ya da standartlara cavab vermir.

F.İsmayılov bildirib ki, bu da piyadaların rahat və təhlükəsiz hərəkətinə mane törədir.

BNA rəsmisi qeyd edib ki, rayon İcra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində bu problemlərin bir qismi aradan qaldırılıb: "Hazırda bu istiqamətdə işlər davam etdirilir".