adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Avqust 2018 11:45
10613
DÜNYA
A- A+

İran yerli istehsallı ilk reaktiv qırıcını təqdim edib

İran ilk dəfə yerli istehsallı "Kovsar” adlı reaktiv qırıcını təqdim edib.

Adalet.az-ın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, İranın Milli Müdafiə Sənayəsi Günü qırıcı təyyarə ilk uçuşunu həyata keçirib. Nümayişə ölkə Prezidenti Həsən Ruhani də qatılıb.

Bir müddət əvvəl İranın müdafiə naziri Əmir Xatəmi qırıcının yaxın günlərdə təqdim olunacağını bəyan etmişdi.

O demişdi ki, İran "hücumun aktiv qarşısını alma strategiyası” çərçivəsində hərəkət edir: "Tehran heç vaxt başqa ölkələrə hücum etməyib".