adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Avqust 2018 11:26
12285
DÜNYA
A- A+

Əfqanıstanda prezident sarayına raket atıldı

Əfqanıstan prezidenti Əşrəf Qəninin Qurban bayramı münasibətilə çıxışı zamanı Kabil şəhərinə bir neçə raket atılıb.

Hücum bu gün səhər yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə 8:30) həyata keçirilib. Raketlər prezident sarayına və bir çox ölkə səfirliyinin yerləşdiyi hökumət məhəlləsinə istiqamətlənib.

İnsidentin təfərrüatları və zərərçəkənlər barədə məlumat verilmir. Əfqanıstanın təhlükəsizlik qüvvələri raket zərbələri endirən silahlılardan ikisini öldürüb.

Raketlərin "İdqah” məscidi rayonundan atıldığı bildirilir. Hazırda həmin rayonda döyüşlər davam edir. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Hərbi helikopterlər üsyançılara havadan zərbələr endirir.