adalet.az header logo
  • Bakı 20°C
20 Avqust 2018 16:42
10988
KRİMİNAL
A- A+

Həyətlərində çətənə kolları əkdilər, polis tutdu

Əldə edilən məlumat əsasında Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Boyat kənd sakini Ruslan Ruqiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, digər məlumata görə, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən Xırdapay kənd sakini, əvvəllər məhkum olunmuş Gülbaba Zərbalıyevdən 10,2 qram marixuana, evinin həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.