adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Avqust 2018 15:22
13645
KRİMİNAL
A- A+

Gəncədə dəhşətli qətl - DİN məlumat yaydı

Avqustun 18-də Daşkəsən rayon sakini Məsim Məmmədov Gəncə şəhər sakini Namiq Əkbərovun evinə gələrək tüfəngdən açdığı atəşlə ona, keçmiş arvadı İlahəyə və keçmiş qayınanası Arzuya xəsarət yetirib hadisə yerini tərk edib. İlahə və Namiq hadisə yerində ölüblər.

Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi "Winchester” markalı tüfəng və 2 ədəd patron götürülüb.