adalet.az header logo
  • Bakı 20°C
20 Avqust 2018 14:28
19936
ŞOU-BİZNES
A- A+

“Toppuş bacı”da yenidən bədxassəli şiş aşkarlanıb

Xərçəng xəstəliyinə tutulan əməkdar aktrist, "Toppuş bacı" obrazı ilə tanınan Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə AzVision.az-a aktrisa özü məlumat verib. O bildirib ki, bu yaxınlarda keçirdiyi əməliyyatdan sonra limfa vəzilərindən birində yenidən bədxassəli şiş aşkarlanıb.

"Ayağa doğru gedən limfa vəzilərindən birində şiş artıq metastaza çevrilib. Buna görə də ilk terapiyanı qəbul edəcəyəm. Vəziyyətimin necə olacağı gedişatdan asılı olacaq”.

Qeyd edək ki, aktrisa bir müddət əvvəl uşaqlıq yolunda aşkarlanan bədxassəli şişə görə əməliyyat olunub.