adalet.az header logo
  • Bakı 17°C
18 Dekabr 2019 10:41
62051
MARAQLI
A- A+

Qadınlara və dişi heyvanlara qadağa olunmuş dağ: Azos dağı

Yunanıstanda Rus Ortodoks məzhəbinə mənsub olan rahiblərin min ildir yaşadıqları Aynorozdakı Azos dağı dünyada qadınların girişinin qadağan olunduğu ən geniş ərazidir.

335 kvadrat kilometrlik bir yarımadanı əhatə edən dağa dişi heyvanların girişi belə qadağandır.

Azos dağını ziyarət etmək istəyənlər pasportlarının bir nüsxəsini Azos Dağı Həcc bürosuna göndərmək məcburiyyətindədirlər.

Hər gün 100 Ortodoks və 10 Ortodoks olmayan kişi hacı namizədi yarımadanın 20 manastırından birində 3 gecə qalmaq üçün qəbul edilir.

Qadınlar isə dağa giriş üçün icazə ala bilmir.

Bu qadağa min ildən artıqdır qüvvədədir.


Qadınların yarımadanın ətrafına belə 500 metrdən artıq yaxınlaşmaqlarına icazə verilmir.

Azos dağı : Cənnətdə təzələnmə adlı kitabı yazan Dr Qraham Spikə görə 10-cu yüzillikdəki bir fermada dişi heyvanların yarımadadan qırağa çıxarılmasının vacibliyi qeyd olunur, ancaq qadınlar haqqında heç bir şey yazılmır. Çünki "hamı qadınların kişi manastrlarına girişinə icazə verilmədiyini onsuz da bilir”.

Bu Xristian din adamlarının bəkarət andını pozmaması üçün ən bəsit yoldur.


Spik açıqlamasında deyir: Hekayətlərin birinə görə, Əzizə Məryəm Kiprə getmək istəyərkən gəmisiniun yoldan çıxması səbəbilə Aynoroz ətraflarına gəlib.

Adanı elə sevib ki, oğluna dua edərəl adanın özünə verilməsini istəyib. Oğlu İsa Məsih isə bunu qəbul edib.

Aynoroz bugün hələ də "Tanrının anasının baxçası” olaraq adlandırılır.


Bu səbəblə də adada qadın cinsini yalnız Əzizə Məryəmin təmsil etməyi vacibdir.

Bu qayda pişiklər xaric olmaqla, ev heyvanlarına da tətbiq olunur.

Aynorozdakı bu qadağa səbəbilə süd məhsulları və yumurtalar xaricdən gətirilir.

1953-də Maria Poimenidou adlı bir qadın kişi cildinə girərək adaya getməyi bacarmış və bunun nəticəsində qadınların Aynoroza gedişini əngəlləyən bir qanun qüvvəyə minib.




Dilimizə uyğunlaşdıran Eminquey