adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Avqust 2018 15:52
9764
DÜNYA
A- A+

Çin qırıcılarını Rusiyaya göndərdi

Çin qırıcılarını Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq "Sülh missiyası-2018” təlimində iştirak üçün Rusiyaya göndərib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Ordusunun Mərkəzi Hərbi Dairəsi informasiya yayıb.

Çin qırıcıları Çelyabinskdəki "Şaqol” aerodromunda yerləşdirilib. Çin ordusu təlimlərdə iştirak üçün 2 ədəd çoxməqsədli Şenyan J-11 qırıcısı, 4 ədəd XİAN JH-7 qırıcı-bombardımançı təyyarəsi və 6 ədəd Shaanxi Y-9 çoxməqsədli nəqliyyat təyyarəsi göndərib.