adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Avqust 2018 11:46
13262
DÜNYA
A- A+

Türkiyədə ABŞ səfirliyi atəşə tutuldu - YENİLƏNİB

Bu gün səhərsaatlarında ABŞ səfirliyinə qarşı bir silahlı hücumun gerçəkləşdirildiyini təsdiqləyə bilərik.

Adalet.az-ın "Sözçü”yə istinadən xəbərinə görə, bunu ABŞ-ın Türkiyədəki səfirliyi səhər saat 05:00 radələrində hələ də kimliyi bilinməyən silahlı şəxslər tərəfindən səfirliyin binasının atəşə tutulması ilə bağlı yaydığı yazılı açıqlamada bəyan edib.

"Səfirliyin əməkdaşlarından hər hansı birinin yaralanması ilə bağlı məlumat yoxdur və hadisənin təfərrüatını araşdırırıq.

Türk polisinəvaxtında çevik reaksiya verdiyi üçün təşəkkürlərimizi bildiririk”, - deyəaçıqlamada qeyd olunur.

08:58

ABŞ-ın Türkiyədəki səfirliyinə silahlı hücum olub.


Adalet.az-ın "Sözçü”yə istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında, təxminən 05:00 radələrində baş verib.

Hələlik kimliyi məlum olmayan silahlı şəxslər səfirliyin binasına atəş açıblar.

Səfirliyin 6 saylı qapısı qarşısında baş verən hadisədə 5-6 dəfə silah səsləri eşidilib və güllələrdən biri binanın dam örtyünə dəyib.

Polis hazırda silahlı şəxslərin axtarışına başlayıb.