Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Sabirabadda 1,5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Cəlilabad rayonu Közbulaq kənd sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Səlim Ağayev saxlanılıb.
RPŞ-nin əməkdaşları tərəfindən S.Ağayevin üzərinə keçirilən baxış zamanı onun əlindəki qutudan ümumi çəkisi 980 qram olan tiryək və 495 qram heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
23 Aprel 2024 17:46
İşçi mühafizə etdiyi idman zalının kassasını soydu - VİDEO
23 Aprel 2024 10:54Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanıldı
23 Aprel 2024 10:28Bakıda kafedən pul oğurlandı
23 Aprel 2024 09:45Xənkəndidə silah-sursat aşkar edildi
23 Aprel 2024 09:36