adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Avqust 2018 10:28
6890
HADİSƏ
A- A+

20 gündə 11 nəfər suda boğularaq ölüb

Avqust ayının 20 günündə 11 nəfər suda boğularaq ölüb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, Mingəçevirdə 2, Bakıda 2, Sumqayıtda 1, Lənkəranda 2, Salyanda 1, Daşkəsəndə 2 və Ağdamda 1 nəfər suda boğulub.

Bu müddətdə Dənizkənarı Milli Park, Nardaran, Mərdəkan, Qızılqum, Novxanı, Bilgəh, Buzovna, Türkan, Zuğulba-3, Neftçala sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 20 nəfər xilas edilib.

Qeyd edək ki, iyul ayında 40 nəfər suda boğularaq ölüb.