adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Avqust 2018 10:35
12044
DÜNYA
A- A+

İŞİD terrorçuları ABŞ əsgərlərinə hücum edib

İŞİD terror təşkilatının üzvləri Suriyanın İraq sərhədi yaxınlığındakı Deyrizor şəhərində ölkənin ən böyük neft yatağını ələ keçirmək üçün ABŞ əsgərlərinə hücum ediblər.

Türkiyə KİV-lərinin məlumatına görə, terrorçular bomba yüklü nəqliyyat vasitələri ilə ABŞ əsgərlərinin bazalarına hücum ediblər. Hücumun qarşısını almaq üçün ABŞ-ın liderliyi ilə koalisiya qüvvələri terrorçulara havadan zərbələr endiriblər.

Silahlı qarşıdurma nəticəsində İŞİD üzvlərindən bir çoxu məhv edilib. Bununla yanaşı, bir mülki şəxs həlak olub, beşi isə xəsarət alıb.