adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Avqust 2018 15:43
8319
MƏMLƏKƏT
A- A+

Çimərliklərə gedənlərə müraciət - Ehtiyatlı olun!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çimərliyə getmək istəyənləri ehtiyatlı olmağa çağırıb.

Adalet.az nazirliyə istinadən xəbər verir ki, sabah Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarətinin 23-24° isti olacağı gözlənilir.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarətinin 24-25° isti olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olmaları tövsiyə edilir.