adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Avqust 2018 18:25
10518
DÜNYA
A- A+

Terrorçular ABŞ hərbçilərinə hücum etdilər

İŞİD terrorçuları Suriyanın İraqla sərhədində Deyr-əz-Zor vilayətində ABŞ qüvvələrinə üç hücum təşkil ediblər.

Adalet.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hücumlar avqustun 18-nə keçən gecə ən böyük neft yataqlarında biri sayılan "Əl-Ömər” rayonuna üç istiqamətdə həyata keçirilib.

Onlarla terrorçunun iştirak etdiyi hücumda minalanmış avtomobillərdən istifadə olunub.

Amerikalı hərbçilər ABŞ-ın başçılıq etdiyi Beynəlxalq Koalisiyanın aviasiyasını köməyə çağırıblar.

Ekstremistlərin əksəriyyəti məhv edilib. Hücum zamanı həmçinin beş dinc sakin ölüb.