adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Avqust 2018 17:18
9693
İDMAN
A- A+

“Şerif” - “Qarabağ” matçının hakimləri bilindi

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Şerif” - "Qarabağ” oyunu üçün hakim təyinatları açıqlanıb.

Tiraspol şəhərində keçiriləcək ilk matçı avstriyalı hakimlər briqadası idarə edəcək. Görüşün əsas hakimi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcəklər.

Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopaynedir.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Şerif” – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab matçı avqustun 30-da Azərbaycanda olacaq.