adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Avqust 2018 16:54
15362
DÜNYA
A- A+

Suriyaya 100 milyon dollar

Səudiyyə Ərəbistanı Suriyanın İŞİD-dən təmizlənən şimal-şərq ərazilərinin və Rakka şəhərinin bərpası, eləcə də sabitliyin təmin olunması üçün 100 milyon dollar ayırıb.

Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu ərazilər PKK terror təşkilatının Suriya qolu olan YPG-nin Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarəti altındadır.

100 milyonluq yardımın bölgədə əkin, təhsil, yol çəkilişi, dağıntıların aradan qaldırılması və içməli su verilişinin bərpası kimi sahələrdə istifadə olunacağı bildirilir.