adalet.az header logo
  • Bakı 12°C

“BİR GÜN MƏN OLMASAM...”

FƏRİDƏ RƏHİMLİ
38673 | 2018-08-17 17:26

Həyat hekayəsi

Bitsin!- dedi. Belə davam edə bilmirəm!

Hər şeyə son qoya biləcəyini düşünürdü...
Tanıdığı gündən qız, sevgisi ayaqlarını yerdən üzən, ona həyat, yaşam stimuluverən, içində səbəbsiz sevincə, kədərə, göz yaşlarına yol açan bu hissdən,baxışından, susmasından belə, nə demək istədiyini anlayan bu adamdan, mənasınıtam olaraq anlamadığı - içini riqqətə, ehtizaza gətirən, onu göyün yeddinciqatına qaldıran bu gecikmiş, gizli sevgidən qorxurdu. Bəli, məhz qorxurdu.Dünyanın heç bir zövqü ilə müqayisə edilə bilməyəcək bu gözəl hissi başqa nəəvəz edə bilərdi ki, insan üçün... Qəlbinin hər döyüntüsündə onun adı, hərətrafa baxışında onun xatirəsi, hər açılan səhərdə ilk xatırladığı, hər batangünəşdə ən son düşüncəsiylə yuxuya getdiyi insanın qəlbini qırmaq ona nə qədərçətin gəlirdisə, onun öz halı da o qırıq-qırıq olmuş qəlbinkindən geriqalmırdı...

Axşam ayrılıq təklifini ortaya atıb, onu şoka saldığı üçün çox üzülmüşdü. İçiniparamparça edən ayrılıq kəlməsini nə qədər soyuqqanlı səsləndirsə də ürəyi qanağlayırdı...

Onun son kəlmələri qulağında idi: Nə oldu ki? Səbəb nədir bu ayrılığa? Mənətutarlı bir səbəb de! Belə eləmə, bizə yazığın gəlsin, sevgimizə heyfin gəlsin,heç bir söz bu gözəlliyi pozmağa səbəb ola bilməz. Axı biz ayrı-ayrılıqdaqanadları qırılmış quş kimi olacağıq. Mən bu zərbədən özümü toparlaya bilmərəm.Belə etmə, canım! Mənim ölüm hökmümü verdiyinin fərqindəmisən? Sən demə,sevərkən ölüm qorxusunu unudurmuş insan. Ölümdən betər qorxu varmış - ayrılıq!Bir gün sevdiyinə bir şey olarsa nə edəcəyini düşünəndə, dəli olmaq dərəcəsinəgəlirmiş insan. Ondansa özümə olsun, deyə düşünər. Amma sonra da sevdiyinəqıymaz - mən ölsəm, onun da halı mənimki kimi olmazmı? İlahi, bizi ayırma...Bir zamanlar bunu aralarında müzakirə edərkən E.Mirzəbəylinin çox sevdiklərişeirini ikisi də eyni anda söyləmişdilər:

Bir gün mən olmasam...
Qəribsəyərsən...
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyandan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?

Bir gün mən olmasam...
Dəyişəcəksən...
Dərdin yandıracaq səni od kimi.
Bütün dünya ilə döyüşəcəksən,
Tənha qalacaqsan - son ümid kimi…

Yadındamı, bir gün eşqlə sevginin arasındakı fərq nədir? - deyə soruşmuşdun.Şəmsin sözləriylə cavab vermişdim: Mənim baxdığıma hər kəs baxar, amma mənimonda görə bildiyimi hər kəs görə bilməz. Hər kəs aşiq ola bilər, amma heç kimsəmənim kimi sevə bilməz. Tək fərq mənəm… Məni özəl edən sevdiyim deyil, sevgimdi…Nə oldu indi, nə dəyişdi ki, canım. Halıma zərrə qədər acımırsanmı? 

Adımı min kərə sil dodağından -
Bir ölüm hökmü kəs dodağın altda.
O mənəm,
yıxıldım eşq budağından -
Odur...
can verirəm ayağın altda.

Üşüyür əllərim...
buzdu göz yaşın -
Bir ovuc istilik ummağa qoymur.
Yarama basılan duzdu göz yaşın,
Ölürəm...
Gözümü yummağa qoymur.

Yox mən telefonla ayrılığı qəbul eləmirəm. Yanına gələcəm, üz-üzə dayanaq,gözlərimə baxaraq de mənə, məni heç sevmədiyini. O zaman mən sənin həyatındantamamilə gedəcəm...
Bu son kəlmə ümidini qırdı: həyatından tamamilə gedəcəm... Get desə də, içindəgetməyəcəyinə dair ümid vardı. Doğrudanmı gedəcək? Axı onun mənsiz yaşayabilməyəcəyinə inanmışdım. Bir anlıq aralarındakı səmimiyyəti, ürək rahatlığıilə bir-birlərinə açdıqları sirrlərini, acılı-şirinli günlərindəkipaylaşmalarını xatırladı. Sanki bu son kəlməylə canından can ayrıldı. Sözünübitirməmiş artıq peşmandı. İçindən "mən sənsiz yaşaya bilmərəm,dediklərimə fikir vermə, mən sənsiz yarım qalaram, indidən darıxdım sənsiz,həsrətinə dözə bilmərəm, sözlərimi geri alıram!" kəlmələri dalbadaldüzülmüşdü. Amma qüruru bunların birinin də dilinə keçməsinə imkan vermirdi.İçindəki burulğanı gizləyərək hətta ona təskinlik də verirdi: Hamı necə, sən dəelə. Bir az zaman lazım olacaq, unudacaqsan hər şeyi. Unutmalısan. İçində isəancaq bu rica vardı: Noolar, getmə, vaz keçmə sevgimizdən, səni buraxmaram de,sənsiz yaşaya bilmərəm de! Əslində neçənci dəfə idi bu söhbət təkrarlanırdı vəyenidən barışırdılar. Bu dəfə isə son olduğu aydın idi...
Bu gediş səni rahat edəcəksə, gedərəm mən. Bilirsən ki, sənin üçün hər şeyəhazıram. İçim parçalana-parçalana, qəlbim bu oddan qovrula-qovrula gedəcəm.Bundan sonrakı həyatımı necə davam edəcəm bilmirəm, amma sənin yüngülləşmənüçün, həyatına yük olan məndən azad olman üçün gedəcəm. Amma bil ki, heç kimsəni mənim qədər sevməyəcək. Heç kimi sənin qədər sevmədim! Heç kim məni buqədər ağlatmamışdı. Kişilər ağlamaz deyirdilər, təsdiq edərdim. Sən bunu inkaretməmə məcbur etdin məni. Ağlarmış kişilər sevgisi üçün, özü də hönkür-hönkürağlarmış. Bu gediş adi gediş deyil, ölüm havası var bu gedişdə, inam, güvən,ümid itkisi var, həm içimi, həm çölümü yandıran göz yaşı var, əbədi sevgisizlikboşluğu var bu gedişdə. Mən bir daha sevə bilmərəm ki, səndən sonra. Bu hissimən yalnız səndə yaşadım. Bu sevgi elə bir yandırdı ki, içimi yerində külündənbaşqa bir şey qalmadı. Bir köz, bir qığılcım belə qoymadın... Səsini eşidəndətitrəyən ürəyimin telləri indi yanıq qoxusu verir, indi o sözlər dondurur, buzadöndərir məni, gözlərinə baxmaqla dünyanın zövqünü, rahatlığını yaşamama rəğməno gözlərdən məhrum edirsən məni. Hara qeyb oldu o gözlərdəki sevgi? O ürəkdənməsafələr adlayıb naməlum tellərlə ürəyimə sirayət edərək mənə güc, güvən verəno hiss necə yox ola bilər axı? Mənə bir tutarlı səbəb göstərə bilərsənmi,canım? Mən səni unutmayacam, səni incidəcək bir söz işlətməyəcəm, sevgi adlımüqəddəs varlığı içimdə dəfn edəcəm. Təki sən istəyən kimi olsun!

Sən demə heç yoxmuş həsrətin sonu,
Sən elə tənhaydın, mən elə təkdim…
Nə çəkdin, nə çəkdim,
Bilirəm bunu -
Sən eşqi, mən eşqin şəklini çəkdim…

Sil mənim adımı,
Sil,
Yenidən sil,
Sevgi qatarının son biletindən.
Qəlbimdə ilməsiz bircə yer qalıb,
Dur as gözündəki portretimdən…

Son bir diləyim var, dinlə, öldüyümdə gözlərimi sən bağla, son kəs üzümə bax.Mən deyil, qəlbim görmək istər səni. Sevməmiş də olsan, qulağıma "canım”kəlməsini pıçılda! Üzümü görmək istəməsən, ilk torpağımı sən at üstümə, qaratorpaq hayqıracaq sənə: O, səni çox sevdi! Bircə dəfə ağla, göz yaşın torpağımadamlasın. Gedərkən əl elə, bu mənə yetər. Unutma, hərdən gəl yanıma, sevmişdimde, yalandan da olsa! Unutma məni!

Gecəni yata bilməmişdi. Səhərə yaxın yuxulasa da, yorğunluğu çıxmamış, əzilmiş,döyülmüş vəziyyətdə kimi hiss edirdi özünü. Adəti üzrə ilk oyandığında gözütelefonu axtardı, əli ixtiyarsız telefona uzandı. Bəlkə yuxu idi, bəlkə yersizbir zarafat idi, bəlkə sınaq idi? Yox, çox açıq şəkildə söylədi, mənim varlığımona yükdür, dözməliyəm, unutmalıyam. Amma qeyri-ixtiyari telefonun mesaj yeriniaxtarırdı, bəlkə yazıb... heç nə yox idi mesaj yerində... özünə, iradəsizliyinəacığı tutdu. Yox, artıq üçüncü dəfədir ki, onun həyatından qovuluram. Bu qədərqürursuzluq olmaz, bitdi, qürurumu bu qədər əzdirməyəcəm.

Fikribitməmiş əli yenə telefona getdi. Mesaj yerini əzbərdən yığan barmaqları sözünəbaxmır, nəsə yazırdı... "Salam! Məndən qurtulandan sora rahat olabildinmi, canım?"...
Telefonun o biri ucunda axşamdan bir qız ağlayırdı... O, göz yaşları içində buhisslərlə çarpışırkən təkrar mesaj gəldi: Mən sənsiz nəfəs alabilmirəm...
... Mən də...

P.S. Yazıda sevimli şairimiz Elçin Mirzəbəylininşeirlərindən istifadə olunub.


TƏQVİM / ARXİV