Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Həyat yoldaşı xəstə olduğu üçün boşandı, indi uşağına görə narahatdır Adalet.az | Həyat yoldaşı xəstə olduğu üçün boşandı, indi uşağına görə narahatdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Həyat yoldaşı xəstə olduğu üçün boşandı, indi uşağına görə narahatdır

14691    |   2018-08-17 16:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zərdab rayonu Qoruqbağı kənd sakini, 04.08.1990-cı il təvəllüdlü Səxavət Məmmədov öz həyat faciəsi və məhkəmə hakimlərinin qəbul etdiyi ədalətsiz qərarlarla bağlı şikayətçidir.

O Adalet.az-a müraciətində bildirib ki, 14 noyabr 2011-ci il tarixdə Hacıqabul rayon sakini Samirə Məmmədova ilə qanuni ailə həyatı qurub.

Və 2012-ci il oktyabrın 13-də Nuray adlı qız övladı dünyaya gəlib.

S. Məmmədov həyat yoldaşından boşandığını deyib. O, vəziyyəti belə izah edib:

"Sözün düzü, evlənəndə Samirənin xəstə olduğunu bilmirdim. Sonradan bildim ki, Samirə atası evində müntəzəm müalicə olunurmuş. Samirə dəfələrlə birgə yaşadığımız atama məxsus evi yandırıb, qızımı alovun içərisinə atıb yandırmaq, öldürmək istəyib. Biz uşağı güclə onun əlindən alıb xılas etmişik.

Mən ailəmin dağılmaması üçün Samirəni Respublika Xəstəxanasında 5 ay, Medstayl Hospitalda uzun müddət müalicə etdirsəm də faydası olmayıb. Hətta həkimlər mənə bildirib ki, belə xəstə ilə evlənmək olmazdı. Yoldaşım uzun müddət isteriya tutması diaqnozu ilə Zərdab Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatında olub. Bu Zərdab RMX-nın 15.03.2018-ci il tarixli, 02-901 saylı, şöbə müdiri X.Teymurovanın və həkim-nevropatoloq F.Mürsəlovanın imzası və möhürü ilə təsdiq olunan arayışından da görünür.

Arayışda qeyd edilir ki: "Verilir Zərdab rayonu Qoruqbağı kənd sakini Məmmədova Samirə Rəfail qızına ondan ötəri ki, o həqiqətən də "İsteriya tutması " diaqnozu ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində dispanser qeydiyyatdadır.

Arayış Hacıqabul rayon məhkəməsinə təqdim etmək üçün verilir”. Mən bütün baş verənlərdən sonra Samirədən boşanmaq qərarına gəldim. Və Zərdab rayon məhkəməsinin hakimi Tahir Qubadovun 28 fevral 2017-ci il tarixli qərarı ilə biz boşandıq. Ancaq mən qızım Nurayın psixoloji xəstə olan anasında qalmasına etiraz etdim. Çünki qızımın həyatı üçün hər an təhlükə var.

Axı azyaşlı uşağı psixi xəstənin himayəsinə necə vermək olar ? Ancaq təəssüf ki, məhkəmə hakimləri mənim haqlı tələbimi nəzərə almadılar. Və nəticədə Zərdab, Hacıqabul rayon məhkəmələri qanunsuz qərar verdilər. Şirvan Appelyasiya Məhkəməsi isə onların qərarını 17 iyul 2018 ci il tarixdə təsdiq etdi. Təsəvvür edirsiniz 10 dəfə keçirilən məhkəmə proseslərinə qarşı tərəf 1 dəfə də olsun gəlməyib. Və hakimlər qarşı tərəfin iştirakı olmadan qərar veriblər.

Mən ədliyyə naziri,Məhkəmə- Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovda xahiş edirəm ki, qanunsuz məhkəmə qərarları ləğv edilsin və işə qanuni baxılsın”.




İmza:

Sumqayıtda idmançını qətlə yetirən ata-oğulun məhkəməsi başladı

Fədayə Laçının məhkəməsi təxirə düşdü - Vəkil gəlmədi

Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfərin məhkəməsi başlayır

General Eldar Mahmudovun istintaqa ifadəsi

Fədayə Laçın: “Mən həyatda çox talesiz qadın olmuşam”

Əli Əliyevin ölümü üzrə iş yenidən məhkəmədə

Ramin Hacılının həbs müddəti yenidən uzadıldı

Fədayə Laçın məhkəmədə son söz deyəcək

Qaynını məhkəmənin qarşısında çəkiclə vurub öldürdü - SƏBƏB?

Binəqədidəki yanğına görə həbs edilən rəis azadlığa çıxdı

Ata-oğul kafedə 43 yaşlı şəxslə mübahisə etdi, sonra onu "qanına boyadılar"

Əli Kərimli cərimələnərək sərbəst buraxılıb - YENİLƏNİB

SON XƏBƏRLƏR
2018-12-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK