adalet.az header logo
  • Bakı 18°C

Əbülfət Mədətoğlu: GÜN KEÇDİMİ?

ƏBÜLFƏT MƏDƏTOĞLU
52532 | 2018-08-17 16:50

Yəqin ki, bu başlıq sizəməşhur filmlərimizdən birini xatırlatdı və elə siz də mənim kimi o filminovqatına kökləndiniz. Və sonra da başladınız mənimlə birlikdə günü vərəqləməyə...onun necə keçdiyini izləməyə. Amma...

Bəli,"amma" deyəndə mən bir anlıqduruxdum. Bu da səbəbsiz deyil. Çünki hər kəs kimi mənim də həyatımda elə günlərvar ki, ya keçmir, ya da onun keçməsini heç istəmirəm. Bax, bu mənada indi kökləndiyimyazı keçməyən gün haqqındadı. Və mən o keçməyən günün ağrılarını, sızıltısını,hətta məni öz qoynunda əritmək istəyini anlaya-anlaya yaşayıram, bu əgəryaşamaqdısa. Görürsünüz, neçə sual çıxır bir anın içərisində ortaya. Və osuallar da durur mənimlə üzbəüz. Elə bil ki, ekrandan özümə baxıram. Və yaxudgüzgüdə özümlə üz-üzə dayanmışam. Onların ümumi mənada heç bir fərqi yoxdur.Əsas məqam odur ki, mən özümlə üz-üzəyəm. Və özümlə üz-üzə dayanıb bu gününnöqtə-vergülünü, eləcə də digər durğu işarələrini sapa düzməyə çalışıram. İstəyirəmki, heç nəyi gözdən qaçırmayım... istəyirəm ki, özümün nələr çəkdiyimi, nələryaşadığımı məndən məsafəcən uzaqda dayanan və o uzaqdan mənə baxan Mənə (buyerdə oxuya bilərsən Sənə - Ə.M) göstərim, söyləyim, çatdırım və özüm-özümlə, yənimən Mənlə o anlaşmadan bir ortaq məxrəc tapım. Ondan sonra həmin o tapılan ortaməxrəcin diqtəsilə sapa düzdüyüm işarələrin mənə nələri yaşatdığını və yaxud dayaşadacağını müzakirə etməyə ehtiyac qalmayacaq. Axı, hər şey göz önündəolacaq. Necə ki, mən ekran qarşısında özümü görürəm, göz önündəyəm. Və elə ogöz önündə olduğum anda da özümdən xəbərsiz "Özümə" yazmışam. İndionu sənə də oxuyuram.

Mən ekran qarşısında
İzləyirəm özümü...
Ekrandakı özümdən -
Çəkəmmirəm gözümü...

Donur içimdə bu gün
Dönür dünən büsbütün...
Ürəkdəki bir düyün -
Qoymur sönsün közümü...

Məni mən tam anlasın
Mənsiz də tam sanmasın!..
Allahım tamamlasın -
Mənsizliyə dözümü!..

Hə, yəqin ki, kimsə, nəvaxtsa ekranda özünə baxanda bu hissləri keçirib və yaxud da keçirəcək. Axı,ekranda özün özünü izləyib, özün özünlə danışmaq hardasa dünən və bütövlükdə ömrə müəyyən mənada hakimkəsilmək, onu həyatının bir anı kimi özünlə sabahlara, gələcəyə aparmaqdı. Olabilər ki, bu fikirlərim sizi qane etməsin və yaxud da xoşunuza gəlməsin. Butünhallarda hamı öz düşüncəsinin, öz duyğusunun hakimidi və ona hansısa bir mənadatəsir etmək haqqım yoxdur. Sadəcə, mən vurğulamaq istəyirəm ki, bir tamaşaçıolaraq, bir izləyici olaraq mən nəyi yaşadım, nələri iç dünyamın yazısınaçevirdim, onu özüm bilirəm. Özüm bildiyim isə hardasa elə həm də sənin bildiklərindi.Çünki mən günün içərisində ola-ola məhz o ekranı izlədiyim anı yaşamışam. Məhz o an mənim üçün o günün bütün çalarlarını, bütünözəlliklərini ifadə edibdi. Ona görə də həmin anın diqtəsilə misralara çevrilənduyğuların qanadında bir də görmüşəm ki, ekran mənə tərəf gəlir. Buobrazlı ifadəni siz ekrandakı mən mənə tərəf gəlir kimi oxusanız daha doğruolar. Çünki mənə tərəf gələn mənə pıçıldayır ki:

Bu səhər yenə də mənsiz açıldı
Sən öz tellərini say ki, gün keçsin...
Sayıb qurtarmağa səbrin çatmasa -
Sinənin üstünə yay ki, gün keçsin.

Bu həsrət deyilən qurubdu tuzaq
Yollar baxışları salıbdı uzaq...
Biz nədən danışaq, biz harda susaq -
Olsun qoy ümiddə, pay ki, gün keçsin.

Oğul istəyirəm dərdi yeridə
Yuyub göz yaşında asa şəridə...
Ürəyim ordadı, cismim bəridə -
Sayılsın həftələr, ay ki, gün keçsin!..


***

Hə, mən günün keçdiyiniçox adamdan eşitmişəm. Hətta dostlardan bəzən "günü yola verdik""bu günü də belə keçirdik" və sairə kimi ifadələr də çox eşitmişəm.Amma bir ifadə daha çox mənə doğmalaşıb, daha çox yadımda qalıb. Onu dadostlarım deyib. Bir yerdə bir-birimizə ayırdığımız gözəl anları obrazlı şəkildəifadə edərək söyləyiblər ki, "bu günü fələkdən oğurladıq!". Həqiqətəndə özünə canın qədər yaxın bildiyin, duyğularını, düşüncələrini, bütövlükdə ürəyinibölüşdüyün simsarlarınla hardasa müəyyən zaman kəsiyini baş-başa yaşamaq,baş-başa qalmaq fələkdən oğurlanan zamandı, gündü. Onun içərisində sən və səninləhəmsöhbət olan o güvəndiyin kəs dünyanı da, ətrafını da, hətta özünü də unudur.Onun və sənin üçün bu dünyanın cənnəti də, bu dünyanın gözəllikləri də, həttabu dünyanın xoşbəxtliyi də fələkdən oğurlanan günlə tamamlanır, onda özünü ifadəedir.

Deyəsən bir az pafoslu,bir az təmtəraqlı alındı. Hətta filosofluq görüntüsü də yaratdıq. Olsun! Onsuzda bu gün yazı-pozu, xüsusilə elm adamlarının demək olar 99 faizi fəlsəfə üzrəalimdir. Onlardan biri də mən olum, təbii ki, bir anlıq, bir günlük. Sonrasızamanın işidi. Bu gün isə...

Heç bir zaman dilimə,fikrimə gətirmədiyimi, özümə yaxın buraxmadığımı yazmamışam, kağıza köçürməmişəm.Onu özümdən o qədər uzaqda tutmuşam ki, ən böyük mikroskopla da baxsa heç kimgörə bilməz. Onu yalnız Allahım, sən və mən görürük. Ona görə də hərdənvurduğum işarələr, yazdığım misralardakı sətiraltılar səni narahat etməsin.Köhnə zamanlarda deyildiyi kimi, bu Ezop dilidi. Onu ancaq o dili bilənləroxuya bilər. Təbii ki, bir də Məcnundan sonra Məcnun olanlar! Burda böyükFüzulinin ruhu qarşısında baş əyirəm. Çünki onun Məcnununun böyüklüyünü hərdənöz sevgimlə ya kölgədə qoyuram, ya da kölgədə qoymağa cəhd edirəm. Və həmin oduyğularla da yazıram:

Mən bir ovuc yuxu kimi
Səpmişəm ruhu göyə...
Əl boyda ağ tapmıram ki -
Biçilə, ruhum da geyə...

Sanki ağacdan yıxılıb
Dili dişinə sıxılıb...
Ya da ki, vaxtsız yığılıb -
Odur ki, dəymir heç nəyə!..

Havadı, sudu gərəyim
Göynəyir sinəm, kürəyim...
Bərbad qoyduğun ürəyim -
Yuvadı, nə də ki, dəyə...

Nə gün keçə, nə qərinə
Dərd kök ata hey dərinə...
Yetişib qəza yerinə -
Baxıb, Əbülfətdi! - deyə...


***

Kimsə kiminsə haqqınıyeyə bilməz! deyiblər. Mən də buna əminəm, mən də buna inanıram. Amma həyatgerçəkliyi sübut edib ki, bugünkü əməlin 40 il sonra cəzasını çəkmək buinancımıza, ümidimizə söykənən bir yaşam tərzidi. Biz sadəcə olaraq haqlınınhaqqının yerdə qalmayacağı ümidi də günü günə calayırıq, ömrü yola veririk.Amma bilmirik ki, bütün calaqlar uğurlu olmur. Onu ən məşhur bilicilər belə,bitkiçilik alimi belə gerçəkləşdirsə də?! Çünki hər anın hökmü olduğu kimi, hərbir canlının da, hər hüceyrənin də özünəməxsusluğu danılmazdı. Bu özünəməxsusluqda peyvəndi, calağı reallaşdırmaq üçün böyük məharət tələb edir. Ordakı keçidnöqtələri üst-üstə düşməyənə qədər o calaq, o peyvənd tutmur.

Bax, elə bu mənada məsələyəyanaşanda onda bəlli olur ki, həqiqətən gün kimin üçünsə keçir, kimin üçünsəyox! Mən yenə filosofluq etmək istəmədən vurğulayıram ki, özümlə üz-üzəqalanda, özümlə danışanda, özümə çəkiləndə nə qədər rahat, nə qədər həyateşqiylə yaşasam da, həmin o an, o zaman başa çatandan sonra hiss edirəm ki,günün ayağından daş asılıb. Gün saatındonmuş əqrəbi kimi elə bil yerində dayanıb. Getmir ki, getmir, keçmir ki,keçmir. İndi yəqin bu sözlərimə gülürsünüz. Olsun! Mən bilirəm ki, sabahbugünkü tarixi ifadə etməyəcək, təqvim dəyişəcək. Bu, fırlanan dünyanın görünəntərəfidi. Böyük Bəxtiyar Vahabzadə yazırdı ki:

İnsan göydə Ay kimidi
Görünməyən tərəfi var!


Təbii ki, mən ustadınbütün çılpaqlığıyla mənim demək istədiklərimi ifadə edən fikrimdən sonra təkrargünün keçmədiyinə qayıtmaq istəmirəm. Amma içimdəki misraları deməkdən də vazkeçmirəm. Ona görə ki:


Ulduzlara göz qoymuşam -
Qarışıbdı say bu gecə...
Neçə dəfə boylanmışam -
Yatmayıbdı Ay bu gecə!

Dönə-dönə köklənmişəm
Kökləndikcə köhnəlmişəm...
Mən dərdimə köhlənmişəm -
Bildim bunu tay bu gecə!..

Ömrüm olub aha bələk
Ucuzlaşıb daha bələk!
Sən istəyən baha bələk -
Zay çıxıbdı, zay bu gecə!

Məni dinlə, gününə gül
Ləçək tökmüş gülünə gül...
Sən bu eşqin külünə gül -
Ruhu elə şay bu gecə...


***

Doğurdan da "Günkeçdi" filminin tamaşaçıya, elə onlardan biri kimi mənə də hər baxışda, hərizləmədə böyük təsiri olub və bu gün də olmaqdadı. Filmin qəhrəmanları, ümumiyyətləisə yaradıcı kollektivi bir həyat gerçəkliyini ekranlaşdırıblar. Çox təəssüfki, bu gün bizim həyat gerçəkliyimiz həminfilmdəki kimi ekranlaşdırılmır. Amma mən özüm özümü ekranda izələyəndə əminoldum ki, kinorejissor, operator, ssenarist olmasam belə həyatımın həmin anınılentə almışam. Və bu lent mənimlə, eləcəsəninlə birlikdə neçə-neçə günü keçirəcək, amma xatirə kimi: şirinli, acılı,sevincli, kədərli xatirə kimi!..

Onsuz da bu ömür özübir xatirə, əmanətdi. Və biz də Allahın bizə əmanəti olan ömrü necə gəldi xərcləyirik. Hətta bəzən onu xırdapul - qəpik-quruş səviyyəsinə endiririk. Unuduruq ki, nə zamansa onun həsrətinidə çəkəcəyik, hesabatını da verəcəyik...

Hə, deməli, sənin nədüşündüyünü bu anlarda bilməsəm də mən nələr düşündüyümü bilgisayara diqtəetdim. Və elə bilgisayar önündə olanda da təkrar anladım ki, sənsiz heç bir günkeçmir. Onu nə qədər qamçılasam da, onu nə qədər tərifləyib dilə tutsam dakeçmir ki, keçmir. Və mən də məcbur olubsənsizliyə dönmək istəmirəm. Və yazıram ki:

Dönmək istəmirəm bir də geriyə
Sən dönüş qapısın arxadan bağla...
Qoyma xatirəmi durub yeriyə -
Qapı arxasında gizlicə ağla...


Mənsiz həyatının gözəlliyi çox
Sevinci, fərəhi, özəlliyi çox...
Hətta ürəyimin közərdiyi çox -
Səni çox üzməsin! - külünü saxla...


Yazıram, pozuram qələm inciyir
Üstümə tökülən ələm inciyir...
Mənim ömür adlı şələm inciyir -
Mən onu sevsəm də aranla, dağla!..

Deməli, sizin hansı qənaətəgələcəyinizi nə qədər təxmin etməyə çalışsam da, hələ ki bir fikir üstündədayana bilmirəm. Amma öz fikrimdə qalmaqda israrlıyam, Bu fikir də ondan ibarətdirki, yaşamadığım, yaşamağı bacarmadığım, təkliklə, tənhalıqla yükləndiyim günkeçmir!.. Sən necə baxırsan bu fikirlərə:

- Günün keçirmi?


TƏQVİM / ARXİV