adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Avqust 2018 11:54
12314
MARAQLI
A- A+

NASA asteroidə müğənninin adını verdi

NASA Mars ətrafında dövr edən asteroidə ötən gün dünyasını dəyişən məşhur müğənni Areta Franklinin adını verib.

Adalet.az xəbər verir ki, bu barədə qurumun Tvitter hesabında informasiya dərc edilib.

"Areta Franklinin ölümü bizi məyus etdi. Bizim NEOVISE missiyamızın aşkarladığı, "soul kraliçası”nın xatirəsini əbədiləşdirmək məqsədilə onun adı verilən "249516 Areta” asteroidi Mars ətrafında dövrə vurmağa davam edəcək”, - NASA-nın açıqlamasında deyilir.

Qeyd edək ki, 2008-ci ildə "Rollinq Stoun” jurnalı Areta Franklini "tarixin ən böyük müğənnisi” adlandırmışdı.