Bölmələrimiz cəbhədə heç bir əməliyyat keçirməyib - Müdafiə Nazirliyi
"Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir"
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Erməni KİV-lərində bu gün Azərbaycan Ordusunun guya diversiya hücumu etməsi haqda yayılan məlumatlara münasibət bildirən nazirlik bəyan edib ki, düşmən tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, onun növbəti yalanı və təxribatıdır.
"Erməni kütləvi informasiya vasitələrində yayılan bu məlumat Ermənistan ordusunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir",- nazirliyin məlumatında qeyd olunub.
Digər Xəbərlər
20 Aprel 2024 17:00
Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar
19 Aprel 2024 19:37“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17