adalet.az header logo
  • Bakı 12°C
17 Avqust 2018 16:07
9947
DÜNYA
A- A+

Səudiyyə Ərəbistanı Rusiyadan quş əti idxalını dayandırdı

Səudiyyə Ərəbistanı Rusiyadan quş əti və yumurta idxalını müvəqqəti olaraq dayandırıb.

Adalet.az-ın məlumatına görə, bu qərara Rusiyanı bəzi vilayətlərdində H5 quş qripi virusunun aşkar edilməsi səbəb olub.

Qeyd olunur ki, bu qərar Ümumdünya Heyvanların Sağlamlığının Mühafizəsi Təşkilatının hesabatına əsasən verilib. Təşkilatın hesabatında qeyd olunub ki, Rusiyanın Rostov, Kostroma, Penza vilayətlərində quş qripi aşkar edilib.

İdxal qadağasının müddətləri barədə məlumat verilməyib.