adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Avqust 2018 14:29
6961
HADİSƏ
A- A+

Keçmiş məhkum silahla tutuldu

Bərdə rayon sakinindən silah-sursat götürülüb.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Böyük Bəhmənli kənd sakini Mücəllət Ələkbərovun idarə etdiyi "VAZ-2107” markalı avtomobil saxlanılıb, sərnişini Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Sənan Zülfüqarovdan 1 ədəd tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.