adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Avqust 2018 12:25
8999
DÜNYA
A- A+

Almaniyada sərnişin avtobusu arxa aşdı - Yaralılar var

Almaniyada "Flixbus" şirkətinə məxsus avtobus qəzaya uğrayıb. Adalet.az-ın məlumatına görə, insident Rostok şəhərində qeydə alınıb.

Magistralda hərəkət edən avtobus yoldan çıxaraq arxa aşıb. Qəza nəticəsində 6 nəfər ağır yaralanıb, daha 10 nəfərin yüngül xəsarətlər aldığı bildirilir.

Hazırda magistral yolun Berlin istiqamətində olan hissəsində hərəkətin bağlı olduğu bildirilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil. Polis araşdırmaya başlayıb.