adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Avqust 2018 12:12
13595
İQTİSADİYYAT
A- A+

Manatla olan əmanətlər artıb

Mərkəzi Bankın məlumatına görə, iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 109,3 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Adalet.az-a bildiriblər ki, əmanətlərin 62,4 faizi xarici, 37,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 0,2 faiz azalıb.

Eyni zamanda bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 30331,0 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 3094,8 manata çatıb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 27905,4 milyon manatlıq və ya əvvəlki ildəkindən 9,9 faiz çox vəsait qalıb.