adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Avqust 2018 18:00
8062
GÜNDƏM
A- A+

Dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb

Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-iyul aylarında 1 milyon 505,2 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 6,2 faiz artım müşahidə olunub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 340 vaqon yüklənib, 399 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,7 min ton, Qərb istiqaməti üzrə 5,1 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.