adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Avqust 2018 16:40
22806
SİYASƏT
A- A+

Putin, Ərdoğan və Ruhani Tehranda görüşəcək

Rusiya, Türkiyə və İran prezidentləri sentyabrda Suriya münaqişəsinin həlli üçün bir araya gələcəklər.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, prezidentlərin görüşünün Tehranda keçirilməsi planlaşdırılır.

"Üç ölkə liderinin Suriya münaqişəsinin həlli ilə bağlı zirvə görüşünün sentyabr ayında keçirilməsi ilə bağlı diplomatik iş həyata keçirilir. Diplomatik kanallar vasitəsilə görüşün dəqiq tarixi müəyyən ediləndə ictimaiyyətə açıqlama veriləcək”, - deyə Peskov bildirib.