adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Avqust 2018 15:48
10956
KRİMİNAL
A- A+

Samuxda keçmiş məhkum arvadını öldürdü

Samuxda qətl hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, avqustun 16-da əvvəllər məhkum olunmuş Elvin Bayramov həyat yoldaşı Müşafərim Bayramovanın yaşadığı, Samux rayonunun Ziyadlı kəndindəki atasına məxsus evə gələrək münaqişə zəminində ona və qohumu Xatirə Salmanovaya bıçaqla xəsarət yetirib. Nəticədə M.Bayramova ölmüş, X.Salmanova isə xəstəxanaya yerləşdirilib.

Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bayramov saxlanılıb, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Araşdırma aparılır.