adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Avqust 2018 15:07
49459
AVTOMABİL
A- A+

Maşınla 3 nəfəri vurdu, biri öldü

Avqustun 16-da saat 02 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Elşən Şahverdiyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolun kənarında dayanan paytaxt sakinləri Azər Mirzəyevi, Fuad Şirinovu və Lənkaran rayon sakini Samir Mustafayevi vurub.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, nəticədə S.Mustafayev hadisə yerində ölüb, digər iki piyada isə xəstəxanaya yerləşdirilib. Xətai RPİ tərəfindən araşdırma aparılır.