adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Avqust 2018 11:41
10434
DÜNYA
A- A+

Əfqanıstanın kəşfiyyat xidmətinə hücum edilib

Silahlı şəxslər Əfqanıstanın kəşfiyyat xidməti üçün təlimlərin keçirildiyi mərkəzə hücum ediblər.

Adalet.az "Reuters”ə istinadən xəbər verir ki, Əfqanıstanın kəşfiyyat xidmətinin rəsmisi silahlı hücumun paytaxt Kabildə gerçəkləşdirildiyini deyib. Bildirib ki, insident baş verən zaman digər həmkarları ilə birlikdə təlim mərkəzindəki qorunan əraziyə sığınıblar.

Kabil polisinin mətbuat katibi Haşmət Stanekzainin sözlərinə görə, hücum edənlər qumbaraatanlardan və digər silahlardan atəş açıblar. Lakin onların neçə nəfər olduğu bilinmir. Əfqanıstan KİV-ləri isə bildirir ki, hadisənin baş verdiyi ərazi nəzarətə götürülərək ora giriş bağlansa da, daha sonra atəş və partlayış səsi eşidilib.

İnsident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir. Hücuma görə hələ ki heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.