adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Avqust 2018 16:47
8211
HADİSƏ
A- A+

Ağdaş və Abşeronda yanğın olub

Abşeron rayonunun Atyalı qəsəbəsində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb.

Adalet.az FHN-in saytına istinadən xəbər verir ki, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Ağdaş rayonunun Malay kəndində isə ümumi sahəsi 210 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə və damına yığılmış 12 ton ot bağlamasının 5 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.