adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Avqust 2018 16:35
7944
HADİSƏ
A- A+

İtkin düşən 68 yaşlı kişinin meyiti tapılıb

Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları başa çatmışdır. S.Ramazanovun meyiti meşəlik ərazidə aşkar olunub.

Adalet.az xəbər verir ki, axtarış tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və müvafiq texnikası, Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Axtarışlar Süleyman Ramazanovun itkin düşdüyü ehtimal olunan ərazidəki su hövzəsində, çayətrafı və ora yaxın ərazilərdə həyata keçirilib.