Polşanın səsvermə hüququ əlindən alına bilər
Avropa İttifaqı Komissiyası Polşada məhkəmə islahatlarına İttifaqın tələblərinə uyğun formada düzəliş edilməsi üçün rəsmi Varşavaya 1 ay vaxt verib. Bununla da, Polşaya qarşı intizam prosedurunun ikinci mərhələsi işə düşüb.
Adalet.az xəbər verir ki, bu barədə Avrokomissiyanın rəsmi saytında məlumat yerləşdirilib.
"Əgər Polşa hakimiyyəti müvafiq tədbirlər görməsə, Avrokomissiya işin Avropa məhkəməsinə verilməsi barədə qərar qəbul edə bilər.” – deyə, məlumatda Varşavaya xəbərdarlıq edilib.
Qeyd edək ki, ötən ilin dekabrında Avrokomissiya Polşanın Avropa İttifaqı Şurasındakı səsvermə hüququnun əlindən alınmasına gətirib çıxara biləcək prosedur başladıb. Brüssel bəyan edir ki, bir sıra qanunverici dəyişikliklər qəbul etməsinə baxmayaraq, Polşa məhkəmə islahatları sahəsində başlıca tələbləri hələ də yerinə yetirmir. İyulda Polşada Ali Məhkəmə haqqında yeni qanun qüvvəyə minib. Qanuna əsasən, məhkəmə işçiləri və hakimlər 65 yaşında istefa verməlidirlər. Lakin səhhəti barədə ərizə təqdim edən və şəxsən prezidentə müraciət edənlər vəzifələrində qala bilərlər. Avrokomissiyada hesab edirlər ki, Varşavanın islahatlar çərçivəsində qəbul etdiyi qərarlar Polşada qanunun aliliyi prinsipini pozur və məhkəmə hakimiyyəti üzərində siyasi nəzarəti gücləndirir.
Digər Xəbərlər
20 Aprel 2024 17:33
Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA
20 Aprel 2024 16:44Türkiyə XİN-dən Qazaxın 4 kəndi ilə bağlı BƏYANAT
20 Aprel 2024 12:01ABŞ-də ilk: Bayden istehsal olunan uranın miqdarını AÇIQLADI
20 Aprel 2024 10:43Türkiyədə bir gün əvvəl baş verən zəlzələ iri çat yaratdı: Qorxulu görüntülər - VİDEO
20 Aprel 2024 09:37