adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Avqust 2018 16:05
12346
KRİMİNAL
A- A+

Cəlilabadda bıçaqlanma olub

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

Adalet.az-ın məlumatına görə, avqustun 13-ü saat 12:00 radələrində Cəlilabad rayonunun Muğan kənd sakini 1987-ci il təvəllüdlü Filatov Yusif Sabir oğlu həmkəndlisi 1982-ci il təvvəllüdlü Əhmədov Vüsal Məhməd oğlunun işlətdiyi çayxananın girişində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı V.Əhmədova daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb və Y.Filatovun tapılması istiqamətində istintaq əməliyyat tədbirləri həyata keçirilir.