adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Avqust 2018 12:47
8448
DÜNYA
A- A+

Yerevanda Koçaryanın azad edilməsinə görə etirazlar BAŞLADI

Yerevanda sabiq prezident Robert Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər.

Adalet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bir müddət əvvəl həbsdən azad edilmiş keçmiş dövlət başçısının mətbuat konfransı zamanı etiraz aksiyası keçirilib.

Bir qrup şəxs mətbuat konfransının təşkil edildiyi zala daxil olmağa çalışıb. Onlar R.Koçaryanın ünvanına "Qatil" şüarı səsləndiriblər.

Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi.