adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Avqust 2018 12:40
8896
İDMAN
A- A+

Millimizin oyunlarının vaxtı bilindi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda keçiriləcək "Prezident kuboku” turnirində iştirak edəcək.

Adalet.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, 6 komandanın mübarizə aparacağı yarışın püşkünün nəticəsinə əsasən, komandamız Qazaxıstan və Qırğızıstanın U-17 yığmaları ilə birgə B qrupunda yer alıb.

A qrupunda isə Tacikistan və Krasnodar Akademiyasının U-17 komandası ilə yanaşı, Qazaxıstanın 16 yaşadək futbolçulardan ibarət yığması mübarizə aparacaq.

Avqustun 24-də start götürəcək turnirin ilk oyun günündə, təqvimə əsasən, Azərbaycan yığması meydana çıxmayacaq. Komandamız növbəti gün Qırğızıstan yığması ilə üz-üzə gələcək.


25 avqust

16:00. Qırğızıstan - Azərbaycan


26 avqust

16:00. Azərbaycan - Qazaxıstan