adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Avqust 2018 12:31
48941
AVTOMABİL
A- A+

Göygöldə yolu keçən piyadanı avtomobil vurub öldürdü

Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Goranboy rayon sakini Məmməd Tağıyev idarə etdiyi "Ford” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini Səkinə Bağırovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.